Türkiyə Futbol Federasiyası yarımçıq qalmış “Fənərbaxça”-“Beşiktaş” oyunu ilə bağlı qərarını açıqlayıb

69

Türkiyə Kubokunda yarımfinal mərhələsinin “Fənərbaxça”-“Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə qərarı Türkiyə Futbol Federasiyası verib.

Qalmaqallı derbi yarımçıq dayandırıldığı 57-ci dəqiqədən etibarən davam edəcək.

Lakin matçın qalan hissəsi boş tribunalar önündə keçiriləcək.

Oyun mayın 3-nə təyin olunub.

Qeyd edək ki, “Şükrü Saraçoğlu” stadionunda keçirilən “Fənərbaxça”-“Beşiktaş” görüşü 0:0 olarkən azarkeşlərin meydana yad əşyalar atması səbəbindən təxirə salınmışdı. Komandalar arasında baş tutan ilk qarşılaşmada isə 2:2 hesabı qeydə alınmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: