Türkiyə çempionatı: “Qalatasaray” yenidən liderliyə yüksəlib - VIDEO

123

Aprelin 21-də futbol üzrə Türkiyə Superliqasının XXX turunun növbəti görüşündə çempionluğa əsas namizədlərdən biri olan “Qalatasaray” klubu səfərdə “Alanyaspor”la qarşılaşıb.

NUHÇIXAN xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma turnir cədvəlinin ikinci sırasında yer alan İstanbul təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı matçın 4-cü dəqiqəsində qalatasaraylıların hücumçusu Bafetimbi Qomisin vurduğu qolla qonaq komanda açıb – 1:0. Bu, cari çempionatın bombardirinin Superliqadakı 27-ci qolu olub. On altıncı dəqiqədə hesab arasındakı fərq artıb. “Alanyaspor” futbolçusu Qiorgos Tzavellas topu öz qapısına vurub – 2:0. Görüşün 22-ci dəqiqəsində ev sahibi komanda hesab arasındakı fərqi azaldıb. “Cim-bom”un qapısından topu Junior Fernandes keçirib. “Alanyaspor” 60-cı dəqiqədə Emre Akbabanın penalti zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib. Nəhayət, 82-ci dəqiqədə Sinan Gümüş “Qalatasaray” qələbə qazandıran qola imza atıb.

Bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran “Qalatasaray” çempionatda “Başakşehir”i qabaqlayaraq turnir cədvəlində yenidən liderliyə yüksəlib. “Başakşehir” 62 xalla ikinci, “Beşiktaş” 59 xalla üçüncü yeri tutur. “Fənərbağça” 57 xalla dördüncü, “Trabzonspor” 46 xalla beşinci pillədədir.

Aprelin 22-də “Akhisar” – “Göztəpə”, “Konyaspor” – “Kasımpaşa” və “Beşiktaş” – “Yeni Malatyaspor” matçları oynanılacaq. Tura aprelin 23-də keçiriləcək “Fənərbağça” – “Antalyaspor” oyunu ilə yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: