Türkiyə bu il 40 milyonadək turist qəbul etməyi planlaşdırır

222

Türkiyə 2018-ci ildə 40 milyonadək xarici turist qəbul etməyi planlaşdırır.

NUHÇIXAN Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən mitinqdə çıxışı zamanı bildirib.

“Bizim hədəfimiz bu il Antalyada 14 milyon turist qəbul etməkdir. Ümumilikdə Türkiyə üzrə ilin sonunadək turist sayı 40 milyona çata bilər ki, bu da ölkəyə 32 milyard dollar gəlir gətirəcək”, – Rəcəb Tayyib Ərdoğan belə deyib.

Prezident qeyd edib ki, ötən il ölkənin “turistik mərkəzi” olan Antalyaya gələn turistlərin sayı 2016-cı ilin göstəricilərinə nisbətən 57 faiz artaraq 10,5 milyon nəfərə çatıb. Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə bu il Rusiyadan 6 milyon turist gözləyir. 2017-ci ildə ölkəni rekord sayda – 4,7 milyon rusiyalı turist ziyarət edib. Ümumilikdə isə ötən il Türkiyəyə turist axını 2016-cı illə müqayisədə 27,8 faiz artıb və 32,4 milyon nəfər olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: