Türkiyə beşinci nəsil TF-X qırıcılarının istehsalına başlayacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə hərbi dairələrindəki mənbədən xəbər sızıb.
Bildirilir ki, beşinci nəsil TF-X qırıcılarının istehsalına 2023-cü ildə başlanması planlaşdırılıb.
Məlumata görə, bu qırıcıların istehsalına başlamaqla tədricən Türkiyə F-4 və F-16 təyyarələrindən imtina edəcək.
Qeyd edək ki, son ilər ərzində Türkiyə müdafiə sənayesi sahəsinə 35 milyard dolar vəsait yatırıb.