“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində…

170

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (poeziya) kitabı işıq üzü görüb.

Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, səkkiz əsr ərzində yaradılmış poetik irsi əhatə edən Türkiyə poeziyasının ümumi mənzərəsini küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda Şəyyad Həmzə, Cəlaləddin Rumi, Yunus Əmrə, Qaracaoğlan, Namiq Kamal, Yusif Ziya Ortaç, Mehmet Akif Ərsoy, Aşıq Veysəl, Nazim Hikmət, Səbahəddin Ali, Orxan Vəli Kanık, Mehmet Kamal, Can Yücəl, Camal Sürəyya, Əhməd Oktay, Nevzat Çelik və digər ədiblərin şeirləri toplanıb.

Kitabı tərtib edən və dilimizə uyğunlaşdıran Əhməd Oğuz, redaktoru və “Ön söz”ün müəllifi Nəriman Əbdülrəhmanlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: