Türk mənşəli alimin əlyazmasının surəti əldə olunub

129

Daha çox Cövhəri təxəllüsü ilə tanınan türk mənşəli alim Əbu Nəsr İsmayıl Həmmadın ən məşhur əsəri olan ərəb dilinin qrammatika və lüğət tərkibinə dair “Tacü l-lüğa və sihahil-ərəbiyyə” (qısası “Əs-sihah”) əsərinin türk dilinə tərcüməsinin əlyazmasının surəti əldə olunub. Əlyazmanın surəti AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov tərəfindən Tehranın Məclis Kitabxanasından əldə edilib.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, 28 fəsildən ibarət bu əsərin türk dilinə tərcüməsinin əlyazması 122 vərəqdir. Əsəri türk dilinə Məhəmməd Əfəndi bin Mustafa Əl-Vani (Van qulu adı ilə tanınır) 1589-cu ildə tərcümə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: