Türk dünyasının birliyinin simvolu olan musiqi aləti

136

NUHÇIXAN xəbər verir ki, Türkiyənin nüfuzlu Anadolu Agentliyində Naxçıvanlı saz ustası və aşıq  İxtiyar Seyidovla bağlı məqalə yerləşdirilib. “Tənbur, saz və cəngin birləşdiyi alətə böyük maraq” adlı yazıda müəllif Naxçıvandakı Qədim musiqi alətləri emalatxanasında olduğunu və ilk dəfə olaraq buradakı qəribə  aləti görəndə təəccübləndiyini bildirir:  “Türk dünyasının birliyi” adlı alətin ustası İxtiyar Seyidov bununla bütün türkləri bir araya gətirməyə çalışıb. Alət Türkiyədən və dünyanın müxtəlif yerlərindən Naxçıvana gələn türklərin ən çox diqqət etdiyi alətdir. Aşıq bura gələn türk qonaqlar və digər əcnəbilər üçün bu alətdə müxtəlif musiqilər səsləndirir. Bu alətin hər üç tərəfində səslənən müxtəlif  musiqilər buranı ziyarət edən qonaqların sevə-sevə dinlədiyi aşıq havalarıdır.  Bu isə bütün türklərin tək millət olduğunu bir daha sübut edir”-deyə müəllif yazıda qeyd edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: