“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının birinci nömrəsi çapdan çıxıb

237

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının birinci nömrəsi və “Xüsusi buraxılışı” çapdan çıxıb.

ATMU-dan NUHÇIXAN-a bildirilib ki, jurnalda yer alan məqalələrdə turizm və mədəniyyət sahələrinin əməkdaşlıq perspektivləri, ali təhsil müəssisələrində təhsilin keyfiyyəti təminatı, ali məktəblərlə sənaye müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulmasının səciyyəvi xüsusiyyətləri, ölkəmizdə turizm-rekreasiya bazarının dövlət tərəfindən tənzimlənməsi və dəstəklənməsi, nağdsız hesablaşmaların tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri təhlil edilib. Yazılarda, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dağlıq Qarabağ problemi, kütləvi informasiya və kommunikasiya vasitələrinin beynəlxalq münasibətlər sistemində yeri və rolu araşdırılıb.

Nəşrin magistr tədqiqatlarına həsr olunan “Xüsusi buraxılış”ında Naxçıvan Muxtar Respublikasında dağ-kurort turizminin mövcud vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanda mehmanxana sənayesinin təkmilləşdirilməsi, Şəki-Zaqatala regionunda milli irs nümunələrinin qorunması və mədəni turizmin inkişaf istiqamətləri, ölkəmizdə turist marşrutlarının nəzəri əsasları, dini turizm müəssisələrinin struktur xüsusiyyətləri ilə bağlı məqalələr dərc olunub. “Xüsusi buraxılış”da, həmçinin mehmanxana sənayesinə dair araşdırma yazıları yer alıb.

Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış olmaq və ya rəsmi saytından elektron versiyanı əldə etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: