Turistlər Ermənistandan imtina edirlər

72

Ermənistanda yaranan siyasi böhran səbəbindən respublikanın turizm sahəsini may-iyun aylarında tənəzzül gözləyir.

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Zarmine Zeytunsyan deyib. Onun sözlərinə görə, son günlər turistlərin bir hissəsinin Yerevan aeroportuna enən kimi dərhal geri qayıtması halları müşahidə olunur. “Mayın 2-də yolların bağlı olması ilə əlaqədar 40 turist geri qayıdıb. Ölkəyə səfərlərin ləğv olunduğu və burada olan turistlərin nümayişlərə qoşulduğu barədə məlumatlar var”, – deyə Zeytunyans hökumətin mayın 3-də keçirilən iclasının yekunları ilə bağlı jurnalistlərə bildirib.

Xatırladaq ki, Ermənistanda Serj Sarkisyanın Baş nazir seçilməsinə qarşı aprelin 13-dən başlayan etiraz aksiyaları hələ də davam edir. Təzyiqlər səbəbindən Sarkisyan istefaya getmək məcburiyyətində qalıb. Parlament mayın 1-də müxalifət lideri Nikol Paşinyanı baş nazir seçmədikdən sonra o, tərəfdarlarını ümumi tətillərə çağırıb. Mayın 2-də nümayişçilər ölkədəki əsas avtomobil yollarını bağlayıb, Yerevanda və digər iri şəhərlərdə miqyaslı mitinqlər keçirib.

Baş nazir postuna yeni seçkilər mayın 8-nə planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: