TRT kanalı Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü bayram proqramı ilə qeyd edib

227

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və Bakının işğaldan azad olunmasının 100-cü ildönümü münasibətilə Ankarada Türkiyənin nüfuzlu TRT kanalının təşkilatçılığı ilə bayram mərasimi keçirilib. Layihənin rəhbəri TRT-nin baş direktoru İbrahim Erendir.

NUHÇIXAN xəbər verir ki, tədbir Qafqaz İslam Ordusunun tarixi rəşadətini əks etdirən filmin nümayişi ilə başlanıb. Sonra Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestri Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

“Qafqaz İslam Ordusuna vəfa” adlı geniş bayram konsertində orkestrə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib. TRT-nin xoruna dirijor Elnarə Kərimova rəhbərlik edib. Xalq artistləri Azər Zeynalov, Azərin, Əlixan Səmədov (balaban), Abdulla Qurbani (tar) və başqalarının çıxışları alqışlarla qarşılanıb.

Bayram tədbirini rəsmi şəxslər, Azərbaycan və Türkiyəni təmsil edən elm və sənət adamları, Ankara ictimaiyyətinin görkəmli nümayəndələri izləyiblər.

Konsert TRT AVAZ və İctimai Televiziya tərəfindən canlı yayımlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: