“Toyota” konserni zəlzələ səbəbindən Yaponiyadakı 16 zavodunun fəaliyyətini dayandırır

151

Yaponiyanın nəhəng “Toyota Motor” avtokonserni bu ölkədə fəaliyyət göstərən 18 zavodundan 16-nın fəaliyyətini sentyabrın 10-dan etibarən dayandıracaq.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, buna səbəb kimi Hokkaydo adasında baş vermiş zəlzələ nəticəsində avtomobillərin hissələrinin istehsalında yaranmış problemlər göstərilir.

Məlumatda qeyd edilir ki, təbii fəlakət səbəbindən şirkətin Tomakomai şəhərində yerləşən və transmissiyalar istehsal edən zavodunda elektrik enerjisinin verilişi dayanıb. “Toyota Motor” bu dayanmanın Yaponiyada avtomobil istehsalına təsirini araşdırdıqdan sonra sentyabrın 11-də işin bərpası barədə qərar qəbul edəcək.

Şirkətin istehsal dövriyyəsinin dayanmasının səbəblərindən biri kimi həm də ötən həftə Yaponiyanın qərbində baş verən tufan göstərilir. Tufan zamanı şirkət ərazidəki bir neçə zavodunda gecə növbəsini ləğv etməyə məcbur olmuşdu.

Qeyd edək ki, Yaponiyada həm tufanın, həm də zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: