“Toyota” 13 mindən çox avtomobili geri çağırır

89

Tanınmış avtomobil istehsalçısı “Toyota” əsas işıq faralarının elektron idarəetmə sisteminin proqram təminatındakı qüsurlara görə 13 min 48 avtomobili Çindən geri çağırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.

Bildirilir ki, cari ilin martından oktyabrınadək olan müddətdə istehsal olunan “Corolla GL” modelli avtomobillər geri çağırılır. İstehsalçı şirkət qüsurları öz hesabına aradan qaldıracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: