Torpaqların elektron kadastr uçotu diqqət mərkəzindədir

177

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Bu torpaqların xəritələri işlənərək  elektron kadastr uçotunun  informasiya sistemi yaradılır.

Yeni yaradılan  sistem torpaqların uçotunun müasir tələblərə uyğun aparılmasına, məkan məlumatları infrastrukturunun formalaşmasına, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə zəmin yaradır. Məqsəd təyinatından və mülkiyyət növündən asılı olmayaraq muxtar respublika üzrə bütün kateqoriyalı torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq kadastr informasiya sisteminin və mükəmməl torpaq bankının yaradılmasını təmin etməkdir.

Məlumatların sistemə işlənməsi ilə bağlı vətəndaşların mülkiyyətində olan torpaqlar barədə məlumatlar toplanaraq vahid formada elektron şəklində  yığılıb və arxivləşdirilib.

 Bundan başqa bu sahədə mütəxəssislərlə birlikdə digər istiqamətdə də işlər görülür. Son mərhələdə hazır olan bütün  məlumatlar torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi üçün saxlanılır.

Naxçıvan Muxtar Respublikasının

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: