Torpaqlardan qanunsuz istifadə halları aşkarlanıb

989

Torpaqların istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnaməyə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən monitorinqlər aparılır. Nəticədə Naxçıvan şəhəri də daxil olmaqla bir sıra rayonlarda torpaqlardan qanunsuz istifadə faktları aşkarlanıb.

NUHÇIXAN xəbər verir ki, bu il aparılan monitorinqlər zamanı Naxçıvan şəhəri və digər rayonlarda torpaqlardan qanunsuz istifadə ilə bağlı, ümumilikdə 78 fakt aşkar edilib. Aşkar edilən  qanun pozuntuları qanunvericiliyin tələbinə uyğun olaraq aradan qaldırılıb.

Bələdiyyə mülkiyyətində olan torpaqlarda qeyri-qanuni tikinti aparan vətəndaşlara isə xəbərdarlıq edilib. Torpaq sahələrinin özbaşına tutulması və zəbt olunması halları baş verərsə, onlar haqqında inzibati orqanlarda müvafiq tədbirlər görüləcək.

                                                                  Gülməmməd Əliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: