Tokioda özüidarəolunan taksilər yoxlama qaydasında işə başlayıb

143

Tokionun mərkəzi küçələrində avtomatlaşdırılmış idarəetmə sisteminə malik taksilər işə başlayıb. Bu taksilərin iki həftə ərzində sınaq məqsədilə xidmət göstərəcəyi bildirilir.

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, yeni nəqliyyyat vasitəsi Yaponiyanın “ZMP” şirkəti ilə taksi xidmətləri sahəsində tanınmış “Hinomaru kotsu” şirkətinin birgə layihəsidir.

Bu taksilərin gün ərzində dörd dəfə 5 kilometr məsafəni qət edərək Tokio vağzalının yaxınlığındakı ofis binasından Ropponqi ərazisində yerləşən kommersiya göydələninə doğru və geriyə hərəkət etməsi nəzərdə tutulur.

Avtomobildə, hər ehtimala görə, sürücü də var. Buna baxmayaraq, yolun əksər hissəsi avtomatik rejimdə qət edilir. Bu taksilər döngələri və yol dəyişmələrini sərbəst şəkildə həyata keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: