Tibbi aksiyalar zamanı 219 cərrahi əməliyyat həyata keçirilib

70

NUHÇIXAN xəbər verir ki, Babək, Şərur və Sədərək rayonlarında tibbi aksiyalara start verilib. 2 gün davam edən tibbi aksiyalarda, ümumilikdə, 219 sakin üzərində cərrahi əməliyyatlar aparılıb.

Naxçıvan Muxtar Respublika  Xəstəxananın həkim briqadası Babək Rayon Mərkəzi Xəstəxanasında tibbi aksiya çərçivəsində 121 rayon sakinini  müayinə edib, 52 sakin üzərində cərrahi əməliyyatlar aparıblar.

Bakı şəhərində fəaliyyət göstərən akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksək ixtisaslı həkim heyəti isə Şərur rayonunda humanitar tibbi aksiya təşkil edib. Aksiyada 3120 nəfər ambulator müayinə olunub. Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 140 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb.

Diaqnostika-Müalicə Mərkəzinin həkim birqadası analoji olaraq Sədərək rayon Mərkəzi Xəstəxanasında tibbi aksiya təşkil edib. Tibbi aksiya zamanı 27 rayon sakini üzərində cərrahi əməliyatlar aparılıb, müalicəyə ehtiyacı olan rayon sakinləri də müayinə olunub.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: