“The London Post” qəzetində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalə dərc edilib

118

Böyük Britaniyanın “The London Post” qəzetində Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevin “Müsəlman dünyasının ilk Qərb demokratiyası – Azərbaycan Xalq Cümhuriyyəti haqqında 5 fakt” adlı məqaləsi dərc olunub.

NUHÇIXAN xəbər verir ki, məqalə xarici auditoriyanı Azərbaycan Xalq Cümhuriyyətinin zəngin tarixindən seçilmiş 5 fakt vasitəsilə cəmi 23 ay mövcud olmasına baxmayaraq, dövlət quruculuğu, insan hüquqları və digər sahələrdə apardığı siyasətlə bir çox Qərb ölkələri üçün nümunə rolunu oynamağa qadir olan Cümhuriyyətin fəaliyyəti ilə daha yaxından tanış edir.

Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyası üçün innovativ olan bir sıra yeniliklərə imza atıb. Hətta bir sıra Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verildiyi məqalədə əksini tapıb.

Müəllif qeyd edir ki, Azərbaycan parlamenti milli tolerantlıq və digər aspektlər baxımdan Qərb ölkələri üçün bir model idi. Parlamentin etnik tərkibi də Azərbaycan xalqının Cümhuriyyət ərazisində yaşayan hər bir icmanın və qrupun fikirlərinə yüksək əhəmiyyət verdiyinin göstəricilərindəndir.

Yazıda vurğulanır ki, XX əsrin əvvəlindəki mürəkkəb siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük, tarixi əhəmiyyətə malik olan uğurlara imza atması əsl qəhrəmanlıq nümunəsidir.

Sonda bildirilir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. 2017-ci ildə isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: