ABŞ-ın elektromobil istehsalçısı “Tesla“ Avropada müəssisə inşa etmək üçün danışıqlar aparır.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Xatırladaq ki, yaradıldığı 2003-cü ildən bəri “Tesla” sürətlə inkişaf edir. Lakin bununla yanaşı, şirkət zərərlə işləyir və kadr itkisinə məruz qalır. Elektromobillərin iştirakı ilə baş verən qəzalar da əlavə problemdir.