Tbilisidə “İnternetlə idarəetmə – Avropa dialoqu: AVRODIG-2018” beynəlxalq forumu keçiriləcək

96

İyunun 5-6-da Tbilisidə “İnternetlə idarəetmə – Avropa dialoqu: AVRODIG-2018” beynəlxalq forumu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin təşkil edəcəyi tədbirdə Avropa İttifaqı, Avropa Komissiyası, Avropanın rəqəmsal iqtisadiyyat institutları daxil olmaqla 400-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.

Azərbaycanın müvafiq dövlət strukturları da konfransa dəvət olunublar.

Nazirlikdən bildiriblər ki, bundan əvvəl də Tbilisidə belə forumlar keçirilib. Amma iştirakçı ölkələrin miqyasına və nümayəndələrin sayına görə bu, Gürcüstanda keçiriləcək ilk belə forum olacaq. Forumda “Şərq Tərəfdaşlığı” və Avropa İttifaqına üzv olmayan ölkələrin də iştirakı nəzərdə tutulur. Dövlət, qeyri-hökumət, akademik və digər maraqlı strukturların subyektlərinin iştirak edəcəyi forumda internetin ictimai, siyasi, mədəni, humanitar və iqtisadi sahələrin inkişafındakı rolu, bu sahədəki problemlər, rəqəmsal texnologiyaların inkişafı və digər məsələlər müzakirə ediləcək.

Bununla yanaşı, iyunun 2-dən 4-dək Gürcüstanın İnnovasiya və Texnologiyalar Agentliyində internet idarəçiliyində gənc nəslin rolu mövzusunda dialoq (YOUTHDİG) təşkil olunacaq. Xarici ölkələrdən gələn gənclər gürcü startaplarla görüşəcək və internet sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: