Taksilərə GPS avadanlıqları quraşdırılır

607

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Xidmətin rəisi Əli Hüseynəliyev qeyd edib ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqların icrasına başlanılıb. Rayondaxili və kənd yaşayış məntəqələrinə sərnişindaşıma xidməti göstərən marşrut avtobus və mikroavtobusların texniki müayinəsinə start verilib. Müayinələr zamanı aşkara çıxan çatışmazlıqlar qısa zamanda aradan qaldırılmalı, nəqliyyat vasitələrinin sazlığına tam nəzarət edilməlidir.

Bildirilib ki, qonşu ölkələrin müvafiq şirkətləri ilə bağlanmış müqavilələrə əsasən, Türkiyə Respublikasının əksər şəhərlərinə, İran İslam Respublikasının Təbriz, Urmiya və Mahabad şəhərlərinə, eləcə də İran ərazisindən keçməklə Naxçıvan-Bakı və əks istiqamətdə avtobus marşrutları fəaliyyət göstərir. Sərnişindaşıma xidmətinin səviyyəsinin daha da yüksəldilməsi üçün sağlam rəqabət şəraiti yaradılmalı, marşrutlarda müasir avtobuslardan istifadə olunmalıdır.

Qeyd edilib ki, payız-qış aylarında təhlükəsizlik və marşrut qrafikinə nəzarət məqsədilə yeni nəsil texnologiyalardan istifadə ediləcək. Hazırda Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə işləyən avtobusların hər birində Naxtel 4G GPS monitorinq sistemi quraşdırılıb. Naxçıvan şəhərdaxili marşrut avtobuslarında və taksilərdə GPS avadanlıqlarının quraşdırılması işləri davam etdirilir.

Sonda yığıncağın qərar layihəsi təsdiq edilib.

Röyal Məmiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: