Tacikistan Azərbaycandan keçməklə dünya bazarına alüminium ixrac etmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematcon Hikmatullozoda avqustun 10-da Bakıda keçirilən Azərbaycan-Tacikistan işgüzar görüşündə deyib.
O bildirib ki, Azərbaycan və Tacikistan arasında iqtisadi əlaqələrin inkişafı üçün yaxşı şərait var. Tacikistan Azərbaycanın ticarət potensialından, eləcə də Bakı limanından istifadə edərək dünya bazarına alüminium ixrac edə bilər.