Təşkilat Komitəsinin üzvləri Qarabağlar Türbə Kompleksində olublar

586

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin üzvləri iyunun 7-də Qarabağlar Türbə Kompleksində olublar.

Qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il iyulun 4-də Sərəncam imzalayıb, bununla bağlı tədqiqat qrupu yaradılıb. Sərəncama əsasən Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işləri həyata keçirilib. Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olan dünya əhəmiyyətli abidədə bərpa işləri elmi əsaslarla aparılıb.

Kompleks türbə, xanəgah və qoşa minarəli baştağdan ibarətdir. Bərpa işləri aparılarkən abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılıb.

Təşkilat Komitəsinin üzvləri abidə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: