Təsərrüfat qayğıları

223

Bu ulu diyarın büsatına baxan dağların da ürəyi dağa dönür.  Naxçıvan təbii bir gözəllik sərgisidir. Dağı da, aranı da könül sevindirir. Təbiət rəngləri ilə göz oxşayır, şəfalı suları “gəl-gəl” deyir. Əkinə-biçinə, mal-davara  meyilli dağ-aran camaatı da ki, öz qonaqpərvərliyi, zəhmətkeşliyi  ilə seçilir, hər ötən fəsil  uğurları ilə yadda qalır, xeyir-bərəkətli olur.  Bu uğurun başlıca səbəbi isə  təsərrüfatlara göstərilən qayğıdır.

Qədim əkinçilik mədəniyyətinə maslik olan Şərur rayonunda   fermerlər son illər əkinçiliyə böyük yer verirlər. Rayonda əkinəyararlı torpaq sahələrinin ümumi sahəsi 17 115 hektardır.  Bu sahənin suvarılan hissəsi isə  12 492 hektardan artıqdır.  Əkinçilikdə xeyli təcrübəsi olan şərurlular  bu il də taxıl, arpa biçinini uğurla başa vurdular, hazırda qarğıdalı biçini davam edir. Qeyd edək ki, qarğıdalı əkini sahələri  Şərur rayonunda  son illər davamlı olaraq artırılmaqdadır.  Beləki rayonda   bu il 900 hektar sahədə qarğıdalı əkini aparılıb. Torpağa göstərilən hərtərəfli qulluq,` mineral  və üzvü  gübrələrdən səmərəli istifadə nəticəsində bu il də məhsuldarlıq yüksək olub.

Qızıl payız  günlərində  Şərur rayonunun  Dərəkənd kəndinin təsərrüfatlarında da qızğın iş gedir. Kənd adamları  təsərrüfat qayğıları ilə məşğuldurlar.   Sahələrdə şum aparan, yeni boy atmış  yonca , sahələrini suvaran , bağ  bağçaların meyvələrini yığan , tingçilik təsərrüfatlarında çalışan,  kəndlilərin işi necə deyərlər başından aşır.  Təsərrüftda qayğılar çoxdur.  O qədər də böyük olmayan bu kəndin  torpaqları münbit, bərəkətlidir. Odur ki  kənd sakinləri də torpağa tər axıdıb zər götürə bilirlər. Təsadüfi deyildir ki,  kəndə   hər il olduğu kimi bu il də ailə təsərrüfatlarının hamısında bol  meyvə tərəvəz,  taxıl yetişdirilib, mal qara bəslənilib. Məhz, bunun nəticəsidir ki, sakinlərin  gün güzəranı da də ildən ilə yaxşılaşır.

Maldarlıq və heyvandarlıq  da  Dərəkənddə  insanların məşğuliyyətində  mühüm yer tutur. Ömrünü gününü belə təsərrüfatlarda keçirən  insanlar  bu sahənin dərinliklərinə bələd olaraq sağlam, damazlıq heyvan yetişdirməyə səylə çalışır, ət, yun, bala artımına diqqətlə yanaşırlar.

Kənd sakinləri bağ-bağçalarını, həyət-bacalarını Arpaçaydan  çəkilən su kanalı vasitəsilə suvarır.   Dərəkənddə məhsuldar,bərəkətli bağlar olan   təsərrüfatçılar da   çoxdur. Bu mövsümdə də  kəndin meyvə bağlarında  bol cəviz, alma, heyva, armud, şaftalı  yetişib .   İndi də min bir əziyyətlə hasilə gələn bağların barı dərilir, bazarlarda  piştaxtaları bəzəyir.

Dərəkənddə yaşayan , bağ becərib , bostan əkən , mal heyvan saxlayan təsərrüfatçılar istehsal etdikləri məhsulu hər həftənin  şənbə və bazar günləri təşkil olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarına  çıxarır , yaxşı da qazanc əldə edir və göstərilən etimadı doğrultmaq üçün   işlərnin öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Bir sözlə ,Muxtar Respublikamızda Kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı   Şərur rayonunda da özünü əyani şəkildə göstərir.  Hazırda taxıl , yonca əkinlərinin qızğın çağıdır.  Təsərrüfatlar   şumlama traktorları, dərmanlanma və toxumsəpən aqreqatlarla tam təmin olunub. Bu isə əkinin sürətlə aparılmasına və optimal müddətdə başa çatdırılmasına əsas verir.

Bəli, payız fəslinin də öz qayğıları var. Təsərrüfart işlərinin elə vaxtıdır ki, sahələrə getməyi bir an belə təxirə salmaq olmaz.  Səhərin erkən satlarından sahələrə üz tutan  kəndlilər  təsərrüfatda  şövqlə çalışırlar, əkdikləri taxıl, yonca sahələri  isə gələcəyin bol məhsuldan xəbər verir.

Türkanə Əmoyeva

Naxçıvan radiosunun əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: