Tərcümə müsabiqəsi başa çatıb

181

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunan I Muxtar Respublika Tərcümə Müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə muxtar respublikada ədəbi prosesin və bədii yaradıcılıq işinin gücləndirilməsi, bədii tərcümənin inkişaf etdirilməsi məqsədilə təşkil olunub. Muxtar respublikanın ali təhsil müəssisələrində xarici dil müəllimliyi və tərcümə ixtisasında təhsil alan tələbələri, həmçinin tərcümə sahəsinə marağı olan gəncləri bir araya toplayaraq onların bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq üçün də müsabiqə əhəmiyyətlidir.

Tərcümələr rus, ingilis və fransız dilləri üzrə aparılıb. Belə ki, müsabiqəyə münsiflər heyəti tərəfindən  30-a yaxın müxtəlif mövzulu mətnlər təqdim edilib. Tərcüməçilər isə  rus, ingilis və fransız dillərində olan mətnləri Azərbaycan dilinə, həmçinin Azərbaycan dilində olan mətnləri bu dillərə tərcümə ediblər.

Tədbirdə çıxış edənlər bu cür təşəbbüslərin bacarıqlı tələbələri  aşkar etmək və tanıtmaq,  həmçinin gələcəkdə bu sahə ilə məşğul olmaq istəyən potensiallı gəncləri müəyyənləşdirməkdə çox vacib bir addımdır.

Sonra I Muxtar Respublika Tərcümə Müsabiqəsinin qalibləri elan olunub. Qaliblər Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Rus dili üzrə I yerin qalibi, Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisasının II kurs tələbəsi Mahmud Rzayev, fransız dili üzrə I yerin qalibi, Naxçıvan Dövlət Universitetinin Fransız dili müəllimliyi ixtisasının IV kurs tələbəsi İbrahim Rzayev, ingilis dili üzrə I yerin qalibi, Naxçıvan Dövlət Universitetinin  I kurs magistrantı Çinarə Şahbazova olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: