Tənqiddən sonra Şərur rayonunda nöqsanlar aradan qaldırılıb

415

Naxçıvan televiziyası ötən günlərdə Şərur rayonunun bir neçə kəndində elektrik dirəklərinin qəzalı vəziyyətdə olduğu, standartlara uyğun olmadığı, transformatorların ətrafının çəpərlənmədiyi, qaz xətlərinin dayaqdan düşdüyü, yol kənarına tullantıların töküldüyü və başqa nöqsanlarla bağlı süjet təqdim etmişdi.

NUHÇIXAN xəbər verir ki, həmin süjetdən sonra  Şərur Rayon İcra Hakimiyyəti qısa vaxt ərzində  çatışmazlıqların aradan qaldırılması istiqamətində lazımi tədbirlər görüb.

Belə ki, Naxçıvan Televiziyasının əməkdaşları növbəti dəfə çəkiliş apararkən məlum olub ki,   rayonun Vərməziyar, Aşağı Daşarx, Şəhriyar, Babəki, Çəmənli, Oğlanqala,  Siyaqut, Qarxun, Yengicə, Maxta, Kürçülü, Qorçulu, Xanlıqlar, Oğuzkənd, Danyeri, Dizə və Alışar kəndlərində standartlara uyğun olmayan elektrik dirəkləri  yeniləri  ilə əvəz olunub, rabitə xətlərinə toxunan elektrik naqilləri təlimata uyğun  çəkilib, qaz xəttinə bağlanan elektrik xətləri ayrılaraq elektrik dirəyinə bağlanılıb, dayaqdan düşən qaz xətləri dayağa bərkidilib, transformatorların ətrafı çəpərlənib.

Yuxarı Yaycı kəndində bulaq ətrafındakı natəmizlik aradan qaldırılıb. Bələdiyyə ərazisinə qoyulmuş  köhnə avtomaşın ərazidən götürülüb, yarımçıq tikili sökülüb, tullantılar yığışdırılaraq sözügedən ərazidən kənarlaşdırılıb, bulağa gediş-gəliş  yolu açılıb.

Kərimbəyli, Mahmudkənd, Muğancıq Müslüm, Xələc, Yeni Havuş, Zeyvə, Yuxarı Daşarx, Arbatan və Qarxun kəndlərindəki, eləcə də Şərur şəhərindəki  kanal, küçə və yol kənarları, eyni zamanda yaşayış binaları  tikinti və məişət tullantılarından təmizlənib, çəpərlər sökülüb.

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: