2018/2019-cu il mövsümündə ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq təmsilçilərimizdən “Keşlə” Maltanın “Baltsan”, “Qəbələ” Lüksemburqun “Proqres”, “Neftçi” isə Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşacaq.
Bu mərhələnin oyunları iyulun 12-də və iyulun 19-da keçiriləcək.