Təmiz sarıkökü saxtadan necə ayırmaq olar?
Sarıkökün faydaları saymaqla bitməz. Saytımızda bu mövzuda bir neçə məqalə var.
Təəssüf ki, bir çox digər ədviyyatlar kimi sarıkök də tez-tez saxtalaşdırılır. Çəkisini artırmaq üçün onu un və ya nişasta ilə qarışdırırlar. Təbii ki, bu sarıkökün faydasını və müalicəvi xüsusiyyətlərini xeyli azaldır.
NUHÇIXAN sizə təmiz sarıkökü necə ayırd etdiyini öyrədəcək. Bunun üçün 3 üsul var
1. Təmiz sarıkökün kəsik və spesifik qoxusu var. Bu qoxu qablaşdırmanı açdıqdan sonra 10 sm məsafədə aydın hiss olunmalıdır. Daha yaxın məsafədən qoxulayanda ədviyyat burunu qıcıqlandırır.
Əgər sarıkökün qoxusunu hiss etmək üçün siz qablaşdırmanı burnunuza çox yaxın gətirməlisiniz və qoxunu özünüzə çəkəndə burnunuzda heç bir qıcıqlanma hissi yaranmırsa, bu çox güman ki, təmiz sarıkök deyil.
2. Təmiz sarıkökün rəngi sarı ilə narıncı arasındadır, narıncı rənginə daha çox bənzəyir. Sarıkökün rəngi açıqdırsa, daha çox sarıya çalırsa, sarıkök təmiz deyil. (Təmiz sarıkök “brilyant”la işarə olunub.)
3. Təmiz sarıkök suda həll olunanda, üzərində heç bir çöküntü əmələ gəlmir. Əgər suda həll etdikdən sonra üzərində nazik təbəqə, çöküntü əmələ gəlibsə, bu saxta sarıkökdür. (Təmiz sarıkök “brilyant”la işarə olunub.)