Təmayül sinifləri üçün nümunəvi tədris planları təsdiqlənib

307

Təhsil naziri Ceyhun Bayramov lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün növbəti dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, əmrə əsasən, ölkəmizin tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyalarının təmayül sinifləri üçün 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” (1-7 nömrəli əlavələr) təsdiq edilir.
Eyni zamanda, lisey, məktəb-lisey və gimnaziyaların X-XI təmayül siniflərində təhsil nazirinin 2018-ci il 20 iyul tarixli əmri ilə təsdiqlənmiş tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil edildiyi ümumi təhsil müəssisələrinin 2018-2019-cu dərs ili üçün tədris planlarından istifadə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: