Təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyəti yoxlanılıb

162

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, döyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, genişmiqyaslı təlimlərin planına əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Təlimlər davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: