Tələblər yeni təlim metodlarının tətbiqini öyrəniblər

267

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, nazirliyin əməkdaşları Naxçıvan Dövlət Universitetinin   Azərbaycan dili və ədəbiyyatı ixtisasının IV kurs tələbələri ilə görüşüb. Görüşdə nazirliyin baş məsləhətçisi Mahir Əliyev yeni təlim metodlarının tətbiqi və məktəbdaxili qiymətləndirilmənin aparılması mövzusunda çıxış edib.  Müasir təhsil sistemində pedaqoji yeniliklərin, fənn kurikulumları və yeni təlim texnologiyalarının tətbiqi ilə aparılan tədris prosesinin üstünlükləri, elektron tədris vasitələrindən səmərəli istifadə yolları,  şagirdlərlə psixoloji işin təşkili, ümumilikdə təhsil sahəsində mövcud olan bütün yenilik və dəyişikliklərdən danışılıb.

Sonda Təhsil Nazirliyinin əməkdaşı tələbələri maraqlandıran suallara cavab verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: