Tələbələrin ekskursiyası təşkil edilib

250

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən reallaşdırılan “Gənclərin istehsalat prosesi ilə tanışlığının təmin olunması” layihəsi çərçivəsində bir qrup ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil edilib.

Müəssisədə “Naxçıvan Bağları” Tərəvəz Məhsulları İstixana Kompleksi haqqında tələbələrə ətraflı məlumat verilib. Onlara kompleksin yaranma tarixi, keçdiyi inkişaf yolu, o cümlədən ümumi iş prosesinin mahiyyəti, istixanada müasir kənd təsərrüfatı texnikalarından istifadə qaydası, əhalinin keyfiyyətli məhsullarla təmin olunması mərhələləri haqqında məlumat verib.

Sonda isə tələbələr istehsal müəssisəsi ilə tanış olublar. Müəssisədə onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Layihənin 9 ay müddətində həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, bu artıq layihə çərçivəsində ekskursiya olunan 5-ci müəssisədir. Hər ay seçilmiş 25 gəncin muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ekskursiyası təşkil olunacaq, gənclərin istehsalat prosesi, müasir istehsal texnologiyaları ilə yaxından tanış olmaları və təcrübə olaraq istehsal prosesində iştirak etmələri təmin olunacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: