Tələbələr təcrübə keçiblər

151

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində təcrübə keçiblər.

Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar  həmin ixtisasın tələbələri vaxtaşırı hidrotexniki qurğularda olur, universitetdə aldıqları nəzəri bilikləri təcrübədə möhkəmləndirirlər. Növbəti dəfə onlar Culfa Şəhər Su Təmizləyici Qurğular Kompleksində olublar. Məlumat verilib ki, rayon ərazisində  “Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi uğurla icra olunub. Sutəmizləyici qurğu əhalini və sənaye sahələrini 24 saat ekoloji cəhətdən təmiz içməli su ilə təmin edir.

Tələbələr Kəngərli rayonu ərazisində yerləşən suvarma şəbəkələrində də olublar. Bildirilib ki, layihə çərçivəsində Uzunoba su anbarında əsaslı təmir işləri aparılıb. Uzunoba su anbarından Kəngərli rayonu ərazisinə özüaxınlı qoşa boru xətti çəkilib.

Gələcəyin melioratorları Təzəkənd ərazisində tutumu 2500 kubmetr olan supaylayıcı hovuza da baxıblar.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: