Tələbələr pedaqoji təcrübə keçəcəklər

526

Naxçıvan Müəllimlər İnstitutunda 2018-2019-cu tədris ilinin  birinci yarısında  əyani təhsil formasının IV kurs tələbələrinin ikinci pedaqoji təcrübəsinə  həsr olunmuş başlanğıc konfransı keçirilib.

NUHÇIXAN xəbər verir ki, “Təhsildə sosial psixoloji xidmət” və “Təsviri incəsənət müəllimliyi” ixtisasları tələbələrinin iştirak etdiyi tədbirdə  Naxçıvan Müəllimlər İnstitutunun  rektoru  Elbrus İsayev bildirib ki, ali məktəbin 48 tələbəsi  Naxçıvan şəhərindəki təhsil müəssisələrinə 8 həftəlik pedaqoji  təcrübəyə göndərilir. Bu dəfəki pedaqoji təcrübələr  Naxçıvan şəhərindəki 8, 10, 11 və 14 nömrəli məktəblərdə keçiriləcək. Konfransda iştirak edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, 2018-ci ilin  birinci yarım ili ərzində Naxçıvan Dövlət Universitetindən 678, Naxçıvan Universitetindən 112 və Naxçıvan Müəllimlər İnstitutundan 149 olmaqla  ümumilikdə 939 III və IV kurs tələbəsi ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçib.  Naxçıvan şəhər ümumtəhsil məktəbləri ilə yanaşı  Babək rayonunun Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəblərində  də tələbələrin  pedaqoji təcrübə keçmələri təmin olunub.

Pedaqoji təcrübə müddətində  tələbələrə müasir yanaşma formaları, müəllim, şagird, valideyn əlaqələrinin yaradılması, şagirdlərlə psixoloji işin aparılması, ümumilikdə təhsil sahəsində mövcud olan yeniliklərin çatdırılması həyata keçiriləcək.

Tədbirdə pedaqoji təcrübənin  təşkili və  keçirilməsi, təcrübə zamanı pedaqoqun və psixoloqun vəzifələri barədə tədbir iştirakçılarına məlumat verilib.

                                                                                          Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: