Tələbələr Araz Elm və İstehsalat Birliyində olublar

165

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin tələbələri Araz Elm və İstehsalat Birliyində olublar. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizəsi və karantini şöbəsinin müdiri Əsgər Həsənovun “Genetik dəyişikliklərə məruz qalan məhsullar” mövzusunda məruzəsi dinlənilib. Məruzədə bu gün qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biri geni modifikasiya olunmuş məhsullar barədə tələbələrə geniş məlumat verilib. Qeyd edilib ki, dünyada becərilən GMO bitkiləri, əsasən, qarğıdalı, soya, pambıq, şəkər çuğunduru, yonca, kartof, düyü, pomidor və tütündür. Hazırda 120-dən artıq müxtəlif kənd təsərrüfatı bitkisinin genetik modifikasiya olunmuş analoqları vardır. Bu gün  ən yüksək səviyyədə beynəlxalq təşkilatlar bu addıma  qarşı çıxırlar. Mütəxəssislər daha çox yerli istehsala üstünlük verilməsinin tərəfdarıdırlar. Vurğulanıb ki, muxtar respublikamızda da vətəndaşların sağlamlığı və əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin olunması  istiqamətində məqsədyönlü işlər görülür. Bu məqsədlə Naxçıvanda bir ilk olaraq 2012-ci ildə gömrük laboratoriyası qurulub və ixtisaslı kadrlarla təmin olunub.

Sonra laboratoriyalarda aparılan müxtəlif növ analizlərin gedişini əyani şəkildə  izləyən tələbələrə burada yaradılan toxum bankı haqqında məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: