Tələbələr Ali Məhkəmədə təcrübə keçiblər

228

Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində təcrübə keçiblər.

NUHÇIXAN xəbər verir ki, tələbələr əvvəlcə buradakı kitabxana və arxivlə tanış olub. Sonra onlara ümumi şöbəyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin və materialların qeydiyyatı, rəsmiləşdirilməsi, işlərin formalaşdırılması və göndərilməsi, vətəndaşların müraciətlərinin baxılması qaydaları haqqında ətraflı məlumat verilib. Tələbələr Ali Məhkəmənin gündəlik iş prosesi və görülən işlərlə yaxından tanış olublar.

Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.   

                                                                               Vüsal Muradov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: