Təhsil naziri: Aşura günündə şagirdlərin dərsdə iştiraklarına xüsusi diqqət yetiriləcək

323

“Şagirdin əsas işi məktəbə getmək, dərs oxumaqdır. Düşünürəm ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştiraklarına xüsusi diqqət yetirəcək”.

NUHÇIXAN xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov sentyabrın 12-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məktəb rəhbərliyi və sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər. C.Bayramov deyib: “Hesab edirik ki, bu ismarıclar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştiraklarında maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: