Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

178

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində çalışan tibb işçiləri üçün seminar-məşğələlərə başlanılıb. Məşğələdə kəskin öd və böyrək sancısı, kəskin qida zəhərlənmələri, klinikası və diferensasiyası, suda boğulma, elektrik vurma, donmalar və dəm  qazı ilə zəhərlənmələr, zəhərli həşəratlar və ilan sancmaları zamanı göstərilən ilk tibbi yardım tədbirləri haqqında təcili tibbi yardım sahəsində çalışan tibb işçilərinə ətraflı məlumat verilib. Mövzuya dair slaydlar nümayiş etdirilib, praktik məşğələlər aparılıb. Tədbir 15 gün davam edəcək. 

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: