Təbrizin imam-cüməsi Naxçıvana səfər edə bilər

74

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İranın Ali rəhbərinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi, Təbrizin imam-cüməsi Məhəmmədəli Al-Haşim ilə görüşüb.

Səfirlikdən NUHÇIXAN-a verilən məlumata görə, B.Hüseynov son illər Azərbaycan-İran münasibətlərinin inkişaf etdiyindən və bu əlaqələrin inkişafına Şərqi Azərbaycan vilayətinin də öz töhfəsini verdiyini vurğulayıb. Səfir həmçinin , ki ölkə arasında iqtisadi münasibətlərin yüksək inkişafından, o cümlədən ticarət dövriyyəsi, birgə avtomobil və dərman istehsalı, nəqliyyat xətlərinin əlaqələndirilməsindən söhbət açıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin hər iki ölkə üçün önəmini vurğulayıb. Qeyd edib ki, Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi üçün öz töhfəsini verəcək.

B.Hüseynov qeyd edib ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncamlara əsasən ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi üçün viza rüsumu azaldılıb, “ASAN viza” sistemi yaradılıb. Hazırda İran vətəndaşları Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinə müraciət etmədən də elektron viza ala bilərlər. Həmçinin bu il martın 15-dən başlayaraq İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilir.

Səfir ölkəmizdəki dini tolerantlıq haqqında həmsöhbətinə məlumat verib. Azərbaycan Respublikasında dini, mədəni və tarixi abidələrə göstərilən dövlət qayğısından danışıb.

Diplomat M.Al-Haşimi Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfərə dəvət edib.

M.Al-Haşim Azərbaycana dəvət üçün təşəkkürünü ifadə edərək Bakıya, eləcə də Naxçıvan Muxtar Respublikasına səfərə etməyi düşündüyünü, gələcəkdə münasib vaxtda bu ziyarətin baş tuta biləcəyini vurğulayıb.

Həmçinin görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliyənnağı Hüseynov da iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: