Təbiətin səxavəti-Şahbuz qoruğu 

306

NUHÇIXAN xəbər verir ki, Şahbuz  Dövlət Təbiət Qoruğunun ərazisində 32 növ vəhşi heyvan, 127 növ quş, 1580 növ bitki qorunur. Aparılan araşdırmalar nəticəsində burada 39 fəsilədə cəmlənən 80 cinsə aid 111 növ nadir və məhvolma təhlükəsi ilə üzləşən bitki növü müəyyən edilib. Nəsli kəsilməkdə olan heyvan növlərindən qonur ayı, Avropa tüvüyü, cüyür, vaşaq da burada qorunur. Nadir flora nümunələrindən isə zümrüd çiçəyi, ələyəz, görgəmli çiriş, dəfinəotu, gövdəsiz yumaqotu və başqaları qoruğun ərazisində qeydə alınıb. Ərazidə mövcud olan nadir bitki növlərinin çoxluğu və həmin bitkilərin gələcəkdə yoxolma ehtimalı nəzərə alınaraq müntəzəm şəkildə onların bioloji xüsusiyyətlərinin öyrənilməsi işi həyata keçirilir. Burada yaradılan İnformasiya Mərkəzində Flora, Fauna və Etnoqrafiya şöbələri fəaliyyət göstərir. Binada torpaq nümunələri, məişətdə istifadə olunan qədim alətlər, ərazidə yetişən dərman bitkilərinin herbariləri, otların ekstraktları, meyvə quruları və heyvan müqəvvaları nümayiş etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: