Tələbələr informasiya texnologiyaları ilə tanış olublar

224

Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində istehsalat təcrübəsində olublar.

NUHÇIXAN xəbər verir ki, tələbələrə əvvəlcə mərkəzi ATS-in iş prinsipi barədə ətraflı məlumat verilib. ATS ən yeni texnologiyalardan hazırlanmış müasir NGN stansiyadır. Sonra Naxtel-4G dördüncü nəsil mobil operatorunun idarəetmə mərkəzinin iş prinsipi ilə tanışlıq olub. Bildirilib ki, bu operatorun hazırda 38 mindən artıq abunəçisi var.

Məlumat verilib ki, bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı internet xidmətləri göstərilir. İnternet və yeni texnologiyaların tədrisi mərkəzində  tələbələrə bildirilib ki, mərkəzin maddi-texniki bazası müasir tələblər səviyyəsində möhkəmləndirilib. Muxtar respublikanın internet resurslarının genişlənməsi ilə əlaqədar server avadanlıqları alınıb. Mərkəzdə hazırda ümumilikdə 223 dinləyici təhsil alır. İstehsalat təcrübəsindən sonra tələbələrlə Rabitə və Yeni Texnologiyaları Nazirliyində görüş keçirilib.

                                                                                              Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: