Təhsil kurikulumları ilə bağlı konfrans keçirilib

100

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktiki tətbiqlər” mövzusunda respublika elmi konfransı keçirilib.

NUHÇIXAN xəbər verir ki, Müəllimlər İnstitunun, ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəsissələrinin əməkdaşlarının iştirakı ilə keçirilən konfransda yeni təhsil kurikulumlarının tətbiqində təhsil alan şagirdin idrakı, ünsiyyəti və psixi fəaliyyətləri əsasında həyatı bacarıqlarını inkişaf etdirməsi məsələlərinə toxunulub. Bildirilib ki, təlimin forma və məzmunu elə seçilməlidir ki, o şagirdləri düşündürməyə, özünüdərk etməyə, yaradıcı fəaliyyətə stimullaşdırsın. Konfrans iştirakçılarına slaydlar vasitəsi ilə muxtəlif mövzularda  keçirilən nümunəvi dərs nümunələri  haqqında məlumatlar  verilib.

Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

                                                     Novruz Məmmədov

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: