Sutəmizləyici Qurğular Kompleksində  filtrlər yenilənib

204

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksində  payız-qış mövsümünə  hazırlıqla bağlı bir sıra işlər görülüb. Naxçıvan şəhərinin, eləcə də  ətraf kəndlərin içməli su ilə təmin edən  Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi mühüm əhəmiyyət daşıyır. Bu mühüm hidroobyektdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur. Üçqat təmizləmənin aparıldığı kompleksdə Hollandiya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Nanofiltir sistemli membranlar vasitəsilə xətlərə verilən suyun tərkibi təbii bulaq suyu qədər təmizlənir. Su təmizləndikdən sonra yaxınlıqdakı su anbarına yığılıb, oradan əhalinin istifadəsinə verilir.  Beləliklə, əldə olunmuş keyfiyyətli içməli su müasir tələbləri ödəməklə yanaşı, məişət avadanlıqlarının və evlərdə istifadə olunan su xətlərinin vaxtından əvvəl sıradan çıxmamasında da mühüm rola malikdir.  Kompleksdə payız-qış mövsumuna hazırlıqla bağlı  288 membran filtiri yenilənib. 2000 kartuş filtiri alınaraq yeniləri ilə əvəz edilib.

Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə mərkəzində quraşdırılmış kompüterlə nəzarət olunur və iş prosesi avtomatik idarə edilir. Kompleksin laboratoriyasında quraşdırılan müasir avadanlıqlar suyun tərkibinə gündəlik nəzarət etməyə və analizlər aparmağa imkan verir.

                                                                                      Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: