Sürücülər muzeylərlə tanış olublar

149

Taksi xidməti ilə məşğul olan sürücülərin muxtar respublikanın turizm məkanları, muzeylər və tarixi yerlər barədə məlumatlandırılması üçün ekskursiyaların təşkili davam etdirilir. NUHÇIXAN xəbər verir ki, sürücülərin ziyarət etdikləri növbəti yer “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi olub.

Tanışlıq zamanı məlumat verilib ki, muzeydə arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlığının bayraqları və müxtəlif dövrlərdə istifadə olunan silahlarla yanaşı, rəssam  Rəfael Qədimov tərəfindən çəkilən “Qönçəbəyim”, “Hüseynxan Naxçıvanski” və digər rəsm əsərləri də nümayiş olunur. Ekspozisiyaya yeni daxil edilən Əkbərxan Naxçıvanskiyə aid xatirə əşyaları sürücülərdə maraq doğrub. 

Sadiq Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: