Sürücülər muzeylə tanış olub

120

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada  taksi xidməti ilə məşğul olan sürücülərin   muzeylərlə tanışlığı davam edir. Onlar bu dəfə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.

Ekspozisiyaya baxan sürücülərə bildirilib ki, burada muxtar respublika ərazisində tapılan beş yüzdən artıq eksponat sərgilənir. Mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Bura gələn qonaqların diqqətini daha çox çəkən  qədim xalçaçılıq nümunələri, saxsı qablar və milli geyimlər olub. Muzey bələdçisi vurğulayıb ki, keçən il buranı 130 mindən çox yerli və xarici qonaq ziyarət edib.

Qeyd edək ki, ekskursiyanın təşkil olunmasında məqsəd sürücülərin muxtar respublikada yerləşən turizm məkanları və tarixi abidələr ilə daha yaxından tanış olması və gələn turistlərə muzeylər haqqında ətraflı məlumat verməsindən ibarətdir.

Ərhan Novruzov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: