Süni intellektin tətbiqi ilə bağlı etik məsələlər müzakirə olunacaq

126

Yanvarın 22-də UNESCO tərəfindən Parisdə “Gələcəyin texnologiyaları: ümid və ya qorxu” mövzusunda müzakirələr təşkil ediləcək.

NUHÇIXAN UNESCO-nun saytına istinadla xəbər verir ki, müzakirələrin keçirilməsində məqsəd qabaqcıl texnologiyaların yeni sahələri, xüsusən süni intellektlə bağlı məlumatlılığı artırmaqdır.

Diskussiyalarda elm, hüquq, mühəndislik, etika, fəlsəfə və sosiologiya üzrə mütəxəssislərin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək texnologiyaların və süni intellektin tətbiqində mövcud olan və meydana çıxan etik məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Tədbirdə bəşəriyyətin gələcək həyatında yüksək texnologiyaların roluna dair məruzələr dinləniləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: