Sümükləri zəiflədən 7 faktor

221

NUHÇIXAN xəbər verir ki, sümük əriməsi kimi tanınan osteoporoz dünyada ən çox görülən metabolik sümük xəstəliyidir.

Osteoparoz sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir. Bu, xüsusilə qadınlarda klimaks dövründə daha çox rast gəlinir. Osteoparozun əsas fəsadı kiçik travmalar zamanı belə sınıqların yarana bilmə təhlükəsidir.

Türkiyəli fizioterapevt Meral Bayramoğlu osteoparoz nəticəsində meydana gələn sınıqların şiddətli ağrılara səbəb ola, əlillik yarada, hətta bir adamın uzun müddət yataq xəstəsi ola biləcəyini deyib. Odur ki, osteoporozdan qorunmaq vacibdir. O, bildirib ki, həyat tərzini və yanlış qidalanma vərdişlərini dəyişdirməklə risk faktorlarına qarşı tədbir almaq olar.

Hərəkətsiz həyat tərzi

Fiziki müalicə və reabilitasiya mütəxəssisi Meral Bayramoğlu idmanın sümüklərə faydasından danışıb:

“Mütəmadi olaraq gəzintiyə çıxan, qaçışla və ya idmanla məşğul olanlarda osteoporozun inkişaf riski hərəkətsiz həyat sürənlərlə müqayisədə daha azdır. Odur ki, oturaq işdə çalışan insanlara hər gün yürüşə çıxmaq tövsiyə edilir. Bu, həm sümük, həm də ürək-damar sağlamlığı üçün faydalıdır.

Kalsium çatışmazlığı

Professor qeyd edib ki, uşaqlıq dövründə və böyümə çağında yetəri qədər qəbul edilən kalsium sümüklərdə saxlanır və bu, 30 yaşa qədər davam edir:

“30 yaşa qədər qidalardan yetəri qədər kalsiumun qəbul edilməsi osteoporozun qarşısını almaq baxımından çox mühümdür. Sümüklərin sağlam olması üçün hər bir insan gündəlik 1000 mq kalsium qəbul etməlidir. Bu miqdar uşaqlarda, hamilə qadınlarda və klimaksda sonra qadınlarda 1200-1500 mq qədər yüksələ bilər. Ən məşhur kalsium mənbəyi süd və süd məhsullarıdır. Yaşıl tərəvəzdə də kalsium var”.

Protein çatışmazlığı

Gündəlik protein tələbi bədənin hər kq-ı üçün 0,8 qramdır. Ancaq pəhriz saxlayan insanların menyusundakı protein miqdarının sümük sağlamlığı üzərində təsiri bir qədər qarışıqdır. Protein çatışmazlığı sümüklərin sağlamlığını pozur, proteinin çox, kalsiumun az olması osteoporoza səbəb olur.

Protein, vitaminlər, minerallar, karbonhidrat ilə yağların balanslı şəkildə istifadə edilməsi isə sümükləri gücləndirir.

Siqaret asılılığı

Siqaret sümüklərdə mineralları azaldır və sınıqların bərpa olunması prosesini gecikdirir. Ancaq siqaretin sümüklər üzərindəki bu mənfi təsiri yanlış qidalanma ilə bağlı olduğu da deyilir.

Günəş vannası

Kalsiumun həzm sistemində əmilməsi üçün D vitamini lazımdır. Gündəlik ehtiyac 600-800 IU’dur. D vitamini yumurta və dəniz balığı kimi yeməklərdən əldə edilə bilər, lakin onun ən vacib mənbəyi günəş işığıdır. Günəş şüaları dəri vasitəsi ilə qəbul edilir, bədəndə qaraciyər və böyrəklərdə müxtəlif proseslərdən keçərək aktiv D vitaminə çevrilir.

Qəhvə miqdarını azaldın

Meral Bayramoğlu qeyd edib ki, gündə 300 mq-dan artıq kafein qəbul etmək sümüklərin möhkəmlənməsində rol alan hüceyrələrin fəaliyyətini azaldır:

“Kafein həzm sistemindən kalsium ifrazını azaldır və böyrəklərdən kalsiumun xaric olunmasını artırır. Bədəndə kalsium miqdarı düşən zaman sümüklər zəifləməyə başlayır. Odur ki, gündə 3 fincandan artıq qəhvə içməyin. Kafeinsiz qəhvəyə üstünlük verməkdə fayda var”.

Duz

Həddindən artıq duz sidiklə atılan kalsiumun miqdarını artıraraq osteoporoza səbəb ola bilər. Sümüklərə zərər verməklə yanaşı, bir çox sağlamlıq probleminə yol açır. Dünya Sağlamlıq Təşkilatı bildirib ki, gündəlik duz istehlakının 5 qramı keçməməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: