Soyuq fəsillərdə mütləq xardal yeyin!

183

Mütəxəssislər soyuq fəsillərdə daha çox xardal yeməyi tövsiyə edirlər.

Xardalın tərkibində olan maddələr bəlğəmgətirici və iltihabəleyhinə təsirə malikdir. Həmçinin xardal immun sisteminin fəaliyyətini stimullaşdırır. Məhz bu xüsusiyyətlərə görə xardal öskürək və soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır.

NUHÇIXAN Rusiya KİV-lərinə istinadla xəbər verir ki, xardal beyin qan dövranını və beyinin fəaliyyətini yaxşılaşdırır.

Metabolizmi aktivləşdirən xardal piylərin parçalanmasını sürətləndirir ki, bu da arıqlamağa kömək edir.

Xardal damarların sağlamlığına da müsbət təsir edir – damarları təmizləyir, möhkəmləndirir, onların elastikliyini artırır.

Xardalı istənilən ət yeməkləri, kartof qızartması ilə yemək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: