Soyuducu anbarlara məhsullar toplanılıb

120

NUHÇIXAN xəbər verir ki, payız-qış mövsümü ilə əlaqədar soyuducu anbarlara tələb olunan qədər meyvə-tərəvəz məhsulları tədarük edilib. 

Naxçıvan şəhərində və muxtar respublikanın ən iri kənd təsərrüfatı məhsulları istehsalıçısı olan Şərur rayonunda, habelə Ordubad, Kəngərli, Şahbuz və Sədərəkdə yerləşən müxtəlif soyuducu anbarlarda meyvə-tərəvəzin yüksək keyfiyyətlə saxalanılması üçün müasir avadanlıqlar quraşdırılıb.  

İqtisadiyyat Nazirliyinin əməkdaşı Çinarə Balayevanın verdiyi məlumata görə, ümumi tutumu 14 min 245 ton olan bu anbarlara dekabr ayının birinədək 5 min 150 tondan artıq meyvə-tərəvəz tədarük olunub. Bunun da əsas hissəsini, yəni 3 min 845 tonunu kartof təşkil edir. Bundan əlavə anbarlarda soğan, alma, kələm və digər meyvə-tərəvəz məhsulları da tədarük olunaraq satışa göndərilib.

 

             Əbülfəz  Dünyamaliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: