Soyuducu anbara məhsul tədarük olunur

197

Qış mövsümü yaxınlaşdıqca artan qayğılardan biri də etibarlı ərzaq ehtiyatının yaradılmasıdır. Muxtar respublikamızda bu vacib məsələyə göstərilən diqqət sayəsində həm kənd təsərrüfatı məhsullarının istehsalı, həm də onların istehlakçılara çatdırılması sahəsində geniş maddi-texniki baza və müasir infrastruktur yaradılıb. Bu baxımdan mühüm bazar infrastrukturu kimi istifadəyə verilmiş soyuducu anbarlar tələbatdan artıq istehsal olunmuş məhsulların qış ehtiyatı kimi saxlanılmasında və onların münasib qiymətə satışının təşkilində mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına muxtar respublikada müxtəliftutumlu soyuducu və digər ərzaq məhsullarının saxlanması üçün çox sayda anbar inşa olunub. Soyuducu anbarlara tədarük olunan ərzaq məhsulları builki qış mövsümündə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına imkan verir.

Sədərək Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə rayon ərazisindəki anbara kifayət qədər məhsul ehtiyatı yığılıb. Bu anbar istehsal olunmuş kənd təsərrüfatı məhsullarının qeyri-mövsüm dövrlərində münasib qiymətlərlə bazara çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Rayonda istehsal olunmuş məhsulların maya dəyərinin aşağı salınması və istehlak bazarına daha tez çatdırılması məsələsi də bu baxımdan uğurla həll olunur. Payız mövsümünün sonunadək bu anbarlara daha çox kənd təsərrüfatı məhsullarının tədarük olunacağı gözlənilir.

 

“Oğuz yurdu” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: