Sovet kəşfiyyatçısının oğlu Mehdi Hüseynzadədən yazıb

116

Rusiyada çıxan “Voyenno-promışlennıy kuryer” həftəlik qəzetində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin yüzilliyi ilə əlaqədar məqalə dərc olunub.

NUHÇIXAN xəbər verir ki, məqalə müəllifi Vladimir Rıbaçenkov SSRİ Müdafiə Xalq Komissarlığının Baş Kəşfiyyat İdarəsinin təcrübəli əməkdaşı, Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusu qərargahı yanında sovet hərbi missiyasının nümayəndəsi, polkovnik İvan Rıbaçenkovun oğludur.

Vladimir Rıbaçenkov Azərbaycan xalqının şanlı oğlunun həyat və döyüş yolundan söhbət açıb.

Müəllif yazır ki, həmvətənimizin rəşadətli döyüş yolu yaxşı məlumdur, lakin onun Balkanlardakı vəziyyətə dair hərbi-strateji informasiya toplaması ilə bağlı fəaliyyəti uzun illər kölgədə qalıb. Məqalədə deyilir: “Bu iş SSRİ Müdafiə Xalq Komissarlığının Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi İvan Rıbaçenkonun tapşırığı ilə aparılırdı. İ.Rıbaçenkov 1944-cü ilin iyununda radistlə birlikdə Sloveniya dağlarında Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusunun sərəncamına desant olaraq göndərilmişdi. Atam bu informasiyanın əhəmiyyətinin təsdiqi olaraq, 1945-ci ilin martında Balaton gölü rayonunda ağır tank döyüşləri ərəfəsində alman qoşunlarının Sloveniyadan Macarıstana göndərilməsi barədə Mehdinin əldə etdiyi və radio kanalı vasitəsilə Moskvaya ötürülən səhih məlumatları nümunə gətirirdi. Bu məlumatlar mərkəz tərəfindən yüksək qiymətləndirilmişdi”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: